"Neftçi" "Zirə"ni minimal hesabla məğlub etdi

19:14 - 3 Dekabr 2023 - GÜNDƏM

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

BUTA.TV-ın məlumatına görə, bu gün daha bir oyun keçirilib.

Paytaxt derbisində "Neftçi" "Zirə"ni qəbul edib. "Neftçi Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb.

Bu nəticə ilə "Neftçi" xallarının sayını 22-yə yüksəldib. İkinci pillədəki "Zirə" isə 28 xalda qalıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Qeyd edək ki, tura dekabrın 4-də keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol