Şok: Radev Ukraynaya hərbi texnika tədarükünə veto qoydu

22:50 - 4 Dekabr 2023 - GÜNDƏM

 Şok: Radev Ukraynaya hərbi texnika tədarükünə veto qoydu

Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya əvvəllər təsdiqlənmiş zirehli texnika tədarükünə veto qoyub.

BUTA.TV xəbər verir ki, bu barədə “Azadlıq-Azad Avropa” radiosunun Bolqarıstan xidməti prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Radev vetonu zirehli texnikanın Bolqarıstanda - məsələn, sərhədlərin mühafizəsində və ya təbii fəlakətlərlə mübarizədə istifadə oluna biləcəyi ilə əsaslandırıb.

“Mən əminəm ki, Bolqarıstan vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və həyatı əsas prioritet olmalıdır”, - prezident deyib.

Qeyd edək ki, noyabrın 22-də ölkə parlamenti 100 Bolqarıstan zirehli transportyorunun Ukraynaya pulsuz göndərilməsi haqqında sazişi ratifikasiya edib.

Təhvil verilməsi planlaşdırılan zirehli transportyorların təqribən 40 yaşı var və 1980-ci illərin sonunda Bolqarıstan hüquq-mühafizə orqanları tərəfindən ölkənin türk əhalisinin zorla köçürülməsi kampaniyası zamanı istifadə edilib. Daxili İşlər Nazirliyi onları köhnəlmiş adlandırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol