Xarici işlər naziri Sergey Lavrovun “Məni rahat buraxın” ifadəsi təşkilatın fotoqrafına ünvanlanıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ATƏT-in Skopyedə keçirilən iclası zamanı Lavrovun çıxışını yarımçıq kəsməsi barədə danışarkən deyib.
“Bu, təşkilatçılardan olan bir fotoqraf idi. Rusiyalı nazirin görüşdə olduğuna sadəcə inanmadı, gözlərinə inana bilmirdi və çox yaxınlaşmaq qərarına gəldi", - Zaxarova söyləyib.
Qeyd edək ki, xarici işlər naziri Sergey Lavrov noyabrın 30-da ATƏT Nazirlər Şurasının iclası zamanı çıxışını “Məni rahat buraxa bilərsənmi, xahiş edirəm” ifadəsi ilə yarımçıq kəsib. Tədbirin yayımı zamanı nazirin bu iradını kimə ünvanladığı bəlli olmayıb.
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?