Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BUTA.TV-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 4 nəfər saxlanılıb.
Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.
Həmin şəxslər qrup şəklində Quba rayonuna, - əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.
O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq