Əlverişsiz hava şəraiti ilə əlaqədar Hərbi Gürcüstan Yolu ilə ağır avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə idarəsindən məlumat verilib.
“Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi və avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü ilə əlaqədar, həmçinin Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınaraq, Vladiqafqaz şəhəri ilə Lars yaşayış məntəqəsi arasındakı hissədə iritutumlu avtomobillərin hərəkəti 6 dekabr 2023-cü il saat 02:20-dən sonrakı bildirişə qədər qadağan edilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Hərbi Gürcüstan Yolu Ermənistanı Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi
- Kartla köçürməni qohuma etdiyimizi - Bank necə aydınlaşdıracaq?
- “Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar
- Bu məlumatlar vergi orqanına ötürüləcək - Yeni qərar