Fransanın etdikləri sadəcə təxribatdır. Fransa bilməlidir ki, Ermənistana yaxşılıq etmir, əksinə, pislik edir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistana silah göndərməsi ilə bağlı danışarkən deyib.
Ərdoğanın sözlərinə görə, Fransa əvvəllər də Ermənistana bir sıra dəstək verirdi, amma heç bir nəticə əldə etmədilər:
“Fransa Minsk Qrupunun tərkibində idi. Məsələ bitdi, heç bir nəticə əldə edilmədi. Belə olduğu halda o, yenidən Ermənistanı təxribata çəkir. Zirehli texnikanı göndərsən nə olacaq? Buradan nəticə əldə edə bilməyəcəksən. Çünki indi öz ərazisinin işğalına son qoyan Azərbaycan var. Qarabağın nəticəsi ortadadır. Əvvəllər Ermənistana göndərilən tanklar, toplar və tüfənglər Azərbaycanın əlinə keçdi. Sadəcə Ermənistanı aldadırlar.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Ermənistan rəhbərliyi son təcrübələrindən dərs götürməli və bu təxribatlara əl atmamalıdır. Sülh fürsətindən istifadə edib Ermənistanı çaşdıran ölkələrin toruna düşməmək İrəvanın marağında olmalıdır. Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Əlinə silah verənlər qısa zamanda Ermənistanı tək qoyacaqlar”, - Ərdoğan bildirib.
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı
- Ramin Məmmədov onu rəis təyin etdi
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı