İrəvan şantaja başladı: Sülh sazişi bu halda imzalanacaq

15:22 - 8 Dekabr 2023 - GÜNDƏM

 İrəvan şantaja başladı: Sülh sazişi bu halda imzalanacaq

Ermənistan Azərbaycanla sülh müqaviləsini o zaman imzalayacaq ki, bunun Ermənistanın maraqlarına, regional sülh və sabitliyə uyğunluğuna əmin olacaq. Ərazi bütövlüyünün tanınması prinsipi çox mühümdür və Azərbaycanın bu prinsipə sadiqliyini bir daha təsdiqləməsini təkid edirik.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, “Mülki müqavilə” fraksiyasından deputat Sərkis Xandanyan jurnalistlərə açıqlamasında deyib.

“Əgər Azərbaycan danışıqlar zamanı dağıdıcılığını davam etdirərsə, Ermənistan beynəlxalq tərəfdaşları və danışıqlarda vasitəçilik etmək istəyi və məsuliyyətini ifadə edən tərəfləri Azərbaycana təzyiqləri artırmağa çağıracaq”, - o əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol