Azərbaycanla savaşa girsəydik... - Arşakyan

17:30 - 8 Dekabr 2023 - GÜNDƏM

 Azərbaycanla savaşa girsəydik... - Arşakyan

Ermənistan Azərbaycanla müharibəyə girmədi, çünki bu, açıq-aydın İrəvan uğrunda məğlub olacağımız döyüş olardı. Gəlin, hər şeyi öz adı ilə çağıraq, bəyəm biz Azərbaycanı dayandıra bilərdik? Bəlkə də on minlərlə gəncin həyatı bahasına bacarardıq, amma bu da müvəqqəti olacaqdı. Nəticə yenə də bizim üçün üzücü olardı.

BUTA.TV xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“Azərbaycan nəinki dəfələrlə güclüdür, daha yaxşı silahlanıb, həm də onun tərəfində beynəlxalq hüquq var. Və məhz bu amillərin təzyiqi ilə Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu bəyan etdi. Burada savaşdan necə söhbət gedə bilər? Biz Ermənistanı xilas etməli və qaçqınların qayğısına qalmalıyıq. Bax, prioritet vəzifələr bunlardır”, - o bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol