Doğrudur, ABŞ-ın İsraillə geniş əlaqələri var. İsrailin ən böyük hərbi tədarükçüsüdür. Lakin digər tərəfdən onu da etiraf etmək lazımdır ki, ABŞ dövlət katibi ötən gün İsrailə çağırış edərək Qəzzada əməliyyatlarını beynəlxalq hüquqa və mülki şəxslərin qorunmasına hörmət edərək keçirməsini istəyib.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Çünki Qəzzada həyata keçirilən bombardman artıq tarixin ən intensiv bombardman əməliyyatlarına çevrilib. Bu, İkinci Dünya müharibəsi zamanı Almaniya şəhərlərinin dağıdılması ilə müqayisə edilə bilən və hətta ondan da yüksək səviyyədədir”, - deyə o bildirib.
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı
- Ramin Məmmədov onu rəis təyin etdi
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı