Futbol üzrə Türkiyə Superliqasında XV turun daha üç oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Fənərbağça” “Beşiktaş”ın qonağı olub. “Tüpraş” stadionunda reallaşan İstanbul derbisi qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 10-cu dəqiqədə "Fənərbağça"nın hücumçusu Edin Ceko açıb. 24-cü dəqiqədə meydan sahibləri Aleks Oksleyd Çemberleynin penalti qolu ilə tarazlığı bərpa edib. Oyunun 63-cü dəqiqəsində qonaqlar yenidən hesabda önə çıxıblar. Duşan Tadiç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Serbiyalı yarımmüdafiəçi 90+3-cü dəqiqədə isə penaltini boşa verib. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə polşalı yarımmüdafiəçi Sebastyan Şimanski qoyub.
Bu qələbədən sonra xallarını 40-a çatdıran "Fənərbağça" yenidən liderliyə yüksəlib. Eyni xala malik "Qalatasaray" ikincidir. Bir oyun az keçirən "Kayserispor" 26 xalla 3-cü, "Beşiktaş" isə eyni xalla dördüncüdür.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Ağdərədə mina partladı: xəsarət alanlar var
- Qəzada ölən xanımın qızı 3 il əvəl qazdan boğulubmuş - Foto
- Siyəzəndə avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Video
- Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
- Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı
- Jurnalistikaya qəbul olmaq istəyənlərin nəzərinə!
- Bakının bu rayonunda işıq olmayacaq
- "Hazır qida məhsulları"dan 112 kq narkotik çıxdı - Video