Yəmənin Ənsar Allah hərəkatından olan husilər İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.
BUTA.TV xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya bildirib.
"Yəmən silahlı qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidinin qarşısını alacaq. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, bu cür gəmilər qiyamçıların qanuni hədəfinə çevriləcək”, - məlumatda deyilib.
Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Ənsar Allah hərəkatı Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum edib.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Ağdərədə mina partladı: xəsarət alanlar var
- Qəzada ölən xanımın qızı 3 il əvəl qazdan boğulubmuş - Foto
- Siyəzəndə avtoxuliqanlıq edən sürücülər saxlanıldı - Video
- Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
- Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı
- Jurnalistikaya qəbul olmaq istəyənlərin nəzərinə!
- Bakının bu rayonunda işıq olmayacaq
- "Hazır qida məhsulları"dan 112 kq narkotik çıxdı - Video