Cəlilabadda müəmma: heyvanlar sahələrdən yoxa çıxır - Video

00:22 - 10 Dekabr 2023 - GÜNDƏM

 Cəlilabadda müəmma: heyvanlar sahələrdən yoxa çıxır - Video

Cəlilabad rayonunun Günəşli kəndinin örüş sahələrinə aparılan heyvanlar yoxa çıxır. Ona görə də kənd sakinləri bu vəziyyətdən narahatdırlar.

BUTA.TV xəbər verir ki, sözügedən kənddə ayrı-ayrı şəxslərə məxsus altı baş iribuynuzlu mal-qaranın oğurlandığı iddia olunur.

Kənd sakinləri deyirlər ki, otlaq sahələrindən itən heyvanlarını axtarsalar da, onları tapa bilməyiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Xəzər Xəbər-ə bildirilib ki, Cəlilabad rayon sakinləri Vüsal Hüseyinov və İbrahim Quliyev polisə məlumat verərək hər birinə aid iki baş iribuynuzlu heyvanın örüş sahəsindən itdiyini bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Hər iki faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb, heyvanların tapılması istiamətində müvafiq axtarış tədbirləri görülsə də, müsbət nəticə əldə olunmayıb.

Həmçinin araşdırma nəticəsində heyvanların Günəşli kəndi ərazisindəki örüş sahəsində nəzarətsiz qaldığından naməlum istiqamətə gedərək itdiyi müəyyən edilib.

Toplanmış materiallarda cinayət hadisəsi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilib və bu barədə qərarın sürəti hər iki vətəndaşa göndərilib.

Fərid Şabanlı isə dekabrın 4-də polisə məlumat verərək müraciətdən iki gün əvvəl örüş sahəsindən iki baş inəyinin itdiyini bildirib. Hazırda həmin müraciətlə bağlı polis şöbəsində araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol