ABŞ F-16-nı 5-ci nəsil qırıcısı etdi

11:00 - 10 Dekabr 2023 - GÜNDƏM

 ABŞ F-16-nı 5-ci nəsil qırıcısı etdi

ABŞ-ın Blok 70\72 F-16 dördüncü nəsil qırıcısı yeni radar sayəsində 5-ci nəsil qırıcının xüsusiyyətlərini əldə edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Neşnl İnterest” nəşri məlumat yayıb.

“Təkmilləşdirilmiş F-16 Blok 70 və Blok 72 eyni avadanlıq dəstini alıb və yalnız mühərrikdə fərqlənirlər. Birinci versiya “General Electric F110” enerji bloku, Blok 72 isə “Pratt & Vhitney F100” mühərrikləri ilə təchiz edilib.

Blok 70\72 təyyarələri F-16-nın əvvəlki versiyalarından yüksək ayırdetmə qabiliyyətinə malik əsas displeyə malik modernləşdirilmiş kokpit, genişləndirilmiş silah dəsti və uyğun yanacaq çənlərinin olması ilə fərqlənir. Bundan əlavə, təyyarədə aktiv fazalı “AN/APG-83 Scalable Agile Beam Radar” antenası var”, - nəşr bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol