Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Biləsuvarda 6 mm, Neftçalada 5 mm, Astara, Lənkəranda 4 mm, Sədərək, Biçənəkdə 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Şahdağ, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Sabirabad, Şirvanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 6 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-ə çatıb.
Şimal-qərb küləyi Qobustanda 21 m/s, Şahdağda 20 m/s, Altıağacda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Sumqayıt, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Beyləqanda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxta olub.
- Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı
- Jurnalistikaya qəbul olmaq istəyənlərin nəzərinə!
- Bakının bu rayonunda işıq olmayacaq
- "Hazır qida məhsulları"dan 112 kq narkotik çıxdı - Video
- Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər - Yenilənib
- ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
- İspaniya Mərakeş sərhədinə dənizdə baryer qurdu
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video