Şuşanın və Qarabağın tarixini əks etdirən abidələrimizin erməni işğalçıları tərəfindən dağılmış vəziyyətə gətirilməsinə baxmayaraq, bu günə kimi 16 abidəmiz tam bərpa olunmuş və öz tarixi görüntüsü ilə göz oxşayır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimində deyib.
A.Kərimov bildirib ki, "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” adını daşımaq çox şərəfli və qürurverici idi:
"İlboyu çoxsaylı festivallara forum və konfranslara ev sahibliyi etmək bizi çox sevindirir. Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər böyük məna daşıdığını gördük. Azad Şuşada quruculuq işləri dayanmadan aparılmaqdadır. Şuşanın siması demək olar ki, aydan-aya dəyişir. Şəhər öz tarixi və memarlıq böyüklüyünü dirçəldərək, eyni zamanda özündə yenilik və müasirlik gətirən layihələri reallığa çevirir".
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Moskvadan Bakıya toya gələn iki xalaoğlu dənizdə batdı
- Jurnalistikaya qəbul olmaq istəyənlərin nəzərinə!
- Bakının bu rayonunda işıq olmayacaq
- "Hazır qida məhsulları"dan 112 kq narkotik çıxdı - Video
- Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər - Yenilənib
- ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
- İspaniya Mərakeş sərhədinə dənizdə baryer qurdu
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video