Banklardan kənarda nağd pulun həcmində artımlar davam edir. Hazırda banklardan kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin ilk 8 ayının yekunlarında evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa, bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
“Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür”, - Bayramov bildirib.
Ekspert qeyd edib ki, evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir:
“Bu kontekstdən zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar vasitəsilə real sektora yönəlməsinə gətirib çıxara bilər”.
- Mehdiyev yenə ifadə verdi - İstintaqa əsa ilə gedib
- MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...
- Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?
- Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir
- Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
- Gəncədə törədilən növbəti terrordan beş il ötür
- Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama
- Zakir Qaralovun şirkətləri qara siyahıya salındı