İnsan beyni üçün ən arzuolunmaz qidalar tərkibində çox miqdarda duz, şəkər, konservant, trans yağ olan yeməklərdir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Anastasiya Timoşenko beyni sıradan çıxaran qidalardan danışıb. “Əqli fəaliyyəti zəiflədən qidalar bütün konfetlər, tort, pirojna, saqqız, sosis, kolbasa, hamburger, kartof, tez hazırlanan lapşa, kartof püresi, hazır qidalar, hazır şorbalar və s. Eləcə də souslar, mayonezlər, ketçup, alkoqolsuz içkilər, energetiklər. Bunlar ancaq kalorini artırır, beyini şəkərə alışdırır.
İstənilən növ hər bir emal olunmuş qidanı yemək xroniki xəstəlikləri yaradır, bu, qaçılmazdır.
Tədqiqatlar da göstərib ki, hər gün bu qidaları yeyənlər daha çox xərçəng, Alsheymer və diabetdən ölür.
Gündə 100 qram emal edilmiş ət yemək artıq təhlükədir. Ət təzə, təbii və sadəcə evdə bişmiş olmalıdır", - o bildirib.
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı