Prezident İlham Əliyev Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800,0 (səkkiz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
- Matç zamanı meydana ildırım düşdü - Futbolçu öldü - Anbaan video
- Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
- Məktəb bazarlığı başlayır: Minimum 150, maksimum isə...
- Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - Rəsmi
- Tiktokda ilk paylaşımını etdi, saxlanıldı
- Füzulidə Araz çayı boyunca güclü yanğın başladı
- Bakıda sərnişin avtobus sürücüsünü döydü - Video-Yenilənib
- Məşhur həkimin səs yazısı yayıldı: Müayinə üçün... - Video