Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
BUTA.TV xəbər verir ki, iclasda TŞ üzvlərindən başqa Prezident Vaaqn Xaçatryan, parlamentin sədri Alen Simonyan, Baş nazirin Aparat rəhbəri Araik Arutyunyan, iqtisadiyyat naziri Vaan Kerobyan, parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri Sərkis Xandanyan və s. iştirak edib.
İclasda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, Ermənistanın ərzaq təhlükəsizliyi, Ermənistan Silahlı Qüvvələrinin avtomatlaşdırılmış vahid idarəetmə sistemi və Ermənistanın təhlükəsizliyi ilə bağlı digər məsələlər müzakirə edilib.
Xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan, Baş Qərargah rəisi Edvard Asryan, iqtisadiyyat naziri Vaan Kerobyan və digər şəxslər məruzə ediblər.
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti