Bu gün saat 08:59 radələrində Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Elsevən Nadir oğlu Kərimov qəfildən qatarın qarşısına çıxıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.
"ADY bir daha piyadalara çağırış edərək onları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edir. Bu il insanların qatar yoluna qəfil çıxması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xətlərini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub. Dəmiryol xətlərində ani səhlənkarlıq həyatınızın yarıda qalmasına səbəb olur", - açıqlamada qeyd olunub.
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti