Bir müddətdir ki, sosial şəbəkələrdə bayram şou proqramlarının qiymətlərinin baha olması, buna baxmayaraq, restoranlarda boş yerlərin olmaması müzakirə mövzusuna çevrilib. Bir çox restoranda qiymətlərin 1 nəfər üçün 150, bəzilərində isə 400 manatdan başlaması da narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri qiymətlərin əhalinin yaşayış səviyyəsinə uyğun olmamasını bildirirlər.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi BUTA.TV-a bildirib ki, ənənəvi olaraq istirahət və bayram günlərində restoran xidmətlərinə yüksək tələbat olur:
“Buna görə də otellərdə, restoranlarda və digər turizm müəssisələrində yerlərin sayı azalır. Bəzi fürsətcil restoran sahibləri isə bundan istifadə edərək qiymətləri bahalaşdırır. Bir çox halda restoranların qiymətləri əhalinin orta aylıq gəliri ilə uyğunlaşmır və fantastik olur”.
S.Dübəndinin sözlərinə görə, son illərdə restoran biznesinə bu sahəni dərindən öyrənməyən, bilməyən insanlar gəliblər:
Dayısı oğlu 13 yaşlı qızı zorladı, qız hamilə qaldı - Azərbaycanda RƏZİLLİK
“Restoran biznesi digərləri ilə müqayisədə daha az investisiya tələb edən sahədir. Bu isə restoran biznesinə hazırlıqsız və iaşə xidməti sahəsində səriştəsi olmayan insanların gəlməsinin səbəblərindən biridir. Nəticədə fürsətcil, xüsusi və bayram günlərindən istifadə edərək daha çox gəlir əldə etmək istəyənlərin sayı bu sahədə artıb”.
- Sabah bu ərazilərə sulu qar yağacaq
- Polad Bülbüloğlu MM-də bu komitənin sədri seçildi
- Sərhədin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi
- Məşhur dərman şirkəti buna görə cərimələndi
- MİS rəisi, serjant özünü elə aparır ki... - Zülfüqarov
- AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat aldı
- Məktəbdə dava: Şagirdi sinif yoldaşının atası döydü
- Milli Məclisin komitələrinə sədr seçilir