Aparıcı Aytən Səfərova həmkarı Kamran Həsənlinin “Xəzər TV”ni tənqid etməsinə reaksiya verib.
BUTA.TV xəbər verir ki, aparıcı bununla bağlı instaqramında video yayımlayıb. Aytən videoya “Xəzər TV”nin israrla bayağı olmasını İTV-də iddia edənlər zənnimcə bu günə qədər reklam fasiləsində qalıb verilişə qayıtmayanlardır. Və ya qaytarılmayanlar” sözlərini yazıb. Qeyd edək ki, Kamran Həsənli İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində Xalq artisti, “Xəzər TV”nin rəhbəri Murad Dadaşovun “Biz bilirik ki, maarifləndirməliyik. Ayın sonunda 600-ə yaxın əməkdaşımız maaş almalıdır” sözlərinə belə münasibət bildirib:
“Murad Dadaşovun qəribə açıqlamasın eşitdim. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Birbaşa milləti təhqir edirlər. Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq”.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir