Dinimiz baxımından qadının hicaba riayət etməsi vacibdir.
Burada hicab deyərkən, qadının bədənini bəzi şərtlə daxilində örtən geyim nəzərdə tutulur. Qadının geyimi bir neşə əsas tələbə cavab verməlidir. Birincisi, geyim qadınının bədənini şəriətdə nəzərdə tutulmuş həddə tam örtməlidir. Yəni qadının biləkdən aşağı əlləri və sifəti istisna olmaqla bütün bədəni örtülü olmalıdır.
İkincisi, geyim qadının bədəninin konturlarını göstərəcək qədər dar olmamalı, eləcə də, bədənə yapışacaq qədər nazik olmamalıdır. Üçüncüsü, geyim hamının diqqətini çəkəcək qədər al-əlvan və çağırıcı olmamalıdır. Bu şərtlər daxilində hər hansı geyim geyinilsə, kifayət edər və qadın hicablı sayılar. Əlbəttə, bu şərtlərə ən kamil şəkildə cavab verən geyim çadradır. Sosial vəziyyətindən, yaşından və digər şərtlərdən asılı olaraq bəzən qadının çadraya riayət etməsi daha çox yerinə düşür. Lakin çadra geyinmək mütləq mənada vacib deyil
- ÇL: "Sabah"ın çətin "Orhus" sınağı
- Yanacaqdoldurma məntəqəsinin ərazisində güclü yanğın...
- Məmmədlidəki yanğın söndürüldü - Video
- Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı
- Matç zamanı meydana ildırım düşdü - Futbolçu öldü - Anbaan video
- Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
- Məktəb bazarlığı başlayır: Minimum 150, maksimum isə...
- Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - Rəsmi