Qırğızıstan bu heyvanı milli rəmzi elan etdi

13:42 - 30 Dekabr 2023 - GÜNDƏM

 Qırğızıstan bu heyvanı milli rəmzi elan etdi

Qar bəbiri rəsmi olaraq Qırğızıstanın milli rəmzi elan edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Qırğızıstan Prezidenti Sadır Japarov “Qar bəbirinin Qırğızıstan Respublikasının milli rəmzi kimi tanınması haqqında” fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Qırğızıstanda qar bəbirinin milli rəmzinin statusunun tanınması, eləcə də onun sayının mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, qar bəbiri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilib və 12 ölkədə nadir və ya nəsli kəsilməkdə olan növ statusuna malikdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol