Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alınıb, obyekt sahibinə xəbərdarlıq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
Onun sözlərinə görə, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanında yerləşən 3350 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar olunub:
"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları yol verilmiş müdaxilə faktının qarşısını alıb. Tarixi abidənin birinci mərtəbəsində fasad hissəyə bərkidilmiş əlüzyuyan çanaq sökülüb. Yol verilmiş qanun pozuntusu ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib. Bir daha vətəndaşlarımızı mədəni irsin qorunmasına həssas yanaşmağa çağırırıq".
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video