DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
BUTA.TV müraciətin mətnini təqdim edir:
"Ötən illərin təcrübəsi deməyə əsas verir ki, ölkəmizdə uzunmüddətli qeyri-iş günlərində əhalinin bölgələrə və paytaxta axını yollarda hərəkət intensivliyinin artmasına bilavasitə təsir göstərir. Lakin təəssüf ki, bir sıra hallarda sürücülərin tələskənliyi, yolda müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları bu günlərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını da əhəmiyyətli dərəcədə artırır.
Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyədə keçməsi üçün ötən illərdə olduğu kimi dövlət yol polisinin şəxsi heyəti yenə də gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək".
Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını, xüsusilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilində ilk dəfə səfər edəcək sürücüləri diqqətli olmağa, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyə, yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamağa, yol və hava şəraitini nəzərə almağa, ələlxüsus dağlıq relyefdə təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün tövsiyələrə əməl etməyə çağırıb.
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar
- Putinin mətbuat konfransında xəritə mesajı - Foto
- Əli Əsədovdan bu qəzetlərlə bağlı qərar
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?