Dəyəri 20 mindən çox olan pirotexniki vasitə aşkarlandı

21:22 - 30 Dekabr 2023 - GÜNDƏM

 Dəyəri 20 mindən çox olan pirotexniki vasitə aşkarlandı

Polis əməkdaşları yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını təşkil edən şəxs saxlanılıb.

Ondan ümumi dəyəri 20 min manatdan çox olan müxtəlif növ pirotexniki vasitə aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol