Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında 2024-cü il üçün zarafatyana proqnozunu paylaşıb.
BUTA.TV-ın məlumatına görə, Medvedyev bildirir ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden beynəlxalq axtarışda olacaq və onun yerinə 99 il həbs cəzası alan Donald Tramp gələcək.
Medvedyevin sözlərinə görə, onun ötən il verdiyi proqnozların bir çoxu özünü doğruldur.
O hesab edir ki, Teslanın qurucusu İlon Mask vəzifəcə deyil, təsir gücü ilə ABŞ-ın prezidenti olub, guya Polşa Ukraynanın qərbini ələ keçirməyə hazırlaşır, Şimali İrlandiya isə Böyük Britaniyadan müstəqillik əldə etmək niyyətindədir.
Gələn il üçün Medvedyev bütün müdafiə məhsullarının Ukraynaya daha çox bağışlanması üçün Avropa Birliyi, ABŞ və Kanada ölkələrinin hərbi sənaye kompleksinin milliləşdirilməsini və AB ölkələrində nizami polis qüvvələrinin ləğvini proqnozlaşdırıb.
Medvedyev həmçinin Qodzillanın (film personajı – red.)Yaponiyada hakimiyyəti “ələ keçirəcəyini” də proqnozlaşdırıb.
- Əli Əsədovdan bu qəzetlərlə bağlı qərar
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!