Serbiyada rəngli inqilab cəhdi vətəndaşların müxalifətə zəif dəstəyinə görə uğur qazanmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç müxalifətin mitinqləri barədə danışarkən deyib.
"İnqilab olmayacaq. İnqilabın gerçəkləşməsi üçün texnologiya və riyaziyyat kifayət deyil. Siyasət mahiyyətdir, həyatdır, qanunauyğunluqdur. Bu qədər az dəstək faizi ilə güc əldə edə bilməzsiniz. İnsanlardan daha çox müqavimət alacaqsınız", - prezident vurğulayıb.
Qeyd edək ki, 24 dekabrdan Serbiyada seçki nəticələrinə etiraz edən qərbyönlülərin aksiyaları başlayıb və sonradan iğtişaşlara çevrilib. Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə vətəndaşlarına müraciətində Belqradı gözlənilən iğtişaşlarla bağlı xəbərdar edən digər dövlətlərin partnyor xüsusi xidmət orqanlarına təşəkkür edib.
Serbiyanın Baş naziri Ana Brnabiç isə gözlənilən iğtişaşlarla bağlı məlumatlara görə Rusiya kəşfiyyat xidmətlərinə təşəkkür edib.
Serbiya müxalifəti isə etirazları yeni ildən fərqli formada keçirəcəklərini bildirib.
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video
- Kürdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı