Burkina-Fasoda ingilis və fransız dilləri işgüzar dillər kimi müəyyən edilərək milli dillərin rəsmi status təsbit edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin Keçid Qanunverici Assambleyası konstitusiya dəyişikliyini qəbul edib.
Düzəliş sonucunda fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirir, ingilis dili isə Burkina-Faso administrasiyasında işgüzar statusu qazanır.
“Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın böyük diləyidir, hökumət də, xülasə, əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz”, – qəbul edilmiş sənəddə vurğulanıb.
Dəyişikliyə görə, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.
Qeyd edək ki, Burkina-Fasoda əhalinin təxminən 90 %-nin danışdığı 60-dan çox milli dil var. Onlardan ən çox yayılmışları mur, diula, bissa, daqara, fulfulde, qurmançemadır.
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video
- Kürdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı