Britaniyanın ölkəmizdəki səfiri Ferqus Old hər kəsi qarşıdan gələn yeni il münasibətilə Azərbaycan dilində təbrik edib.
BUTA.TV xəbər verir ki, bu barədə səfir “X” hesabında bildirib.
O, bu il həm faciəli hadisələrlə, həm də təəccüblü anlara şahid olduğumuza baxmayaraq, ili nikbinliklə başa vurduğunu bildirib.
Səfir həmçinin bu il ölkələrimiz arasında ortaq maraqlar üzrə əməkdaşlığın artıdığı bir il olduğunu da xüsusilə vurğulayıb və Azərbaycan- Ermənistan münasibətlərinə toxunub.
“Hər iki istiqamətdə dialoq və səfərlər daha dərin anlaşmaya təkan verdi və qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaratdı. Yeni ildən gözlədiyimiz çox şey var. Azərbaycanın və Ermənistanın elan etdiyi cəsarətli və etimadverici addımlar sayəsində sanki Cənubi Qafqazda sülhün bərqərar olmasına çox yaxınlaşmışıq!”, – deyə o bildirib.
Ferqus Azərbaycanın COP-29-a ev sahibliyi etməsi üçün seçilməsinin böyük şərəf olduğunu və həmçinin planet və gələcək nəsillər üçün məsuliyyət olduğunu qeyd edib və Azərbaycanın bu təntənəli vəzifəni öz üzərinə götürəcəyinə əminliyini vurğulayıb.
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
- Rauf Məmmədov vəzifəsindən azad edildi - Foto
- AB səfiri Azərbaycan dilini öynənir - Video
- Kürdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı