Siyəzəndə evin damını külək uçurub.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Siyəzən şəhəri, Ərzuman Cabbarov küçəsində yerləşən və vətəndaş Aidə Əsədovaya məxsus evin dam örtüyünün güclü külək nəticəsində yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı
- Qaxda iki avtomobil toqquşdu: ölən və xəsarət alanlar var
- Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı