Növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
BUTA.TV xəbər verir ki, Seçki Məcəlləsində göstərilən imzalarla birlikdə, namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq MSK-ya təqdim edilib.
Xatırladaq ki, bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
- Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
- “3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər