Xarici qüvvələr turizm sektorunu sarsıtmaq üçün kampaniya aparmağa çalışır.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölkəmiz üçün ən mühüm gəlir mənbələrindən biri olan turizmə xələl gətirmək üçün xarici qüvvələr kampaniya aparırlar. İndi də idman mövzusundan istifadə edərək müxalifət partiyalarının köməyi ilə oxşar dalğa yaratmağa çalışırlar. İnsanlar, cəmiyyətlər, inanclar və ölkələr nifrət ritorikasının hədəfinə çevrilir. İslama qarşı düşmənçilik və ksenofobiya tendensiyası ilə üzləşmişik. Biz bunu heç vaxt qəbul etməyəcəyik”, - Ərdoğan bildirib.
- Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
- “3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər