Ukrayna Prezidenti Vladimir Zelenski öz bəyanatlarında Rusiya ordusunun 2023-cü ildə açıq-aşkar strateji uğurunu uğursuzluq kimi təqdim etməklə Ukrayna qoşunlarına nikbinlik aşılamağa çalışır.
BUTA.TV xəbər verir ki, bu sözləri hərbi ekspert İqor Korotçenko Zelenskinin “Ekonomist”ə müsahibəsində Ukraynanın keçən yay əks-hücumundan əvvəl sızan məlumatların Rusiyaya müdafiəsini hazırlamağa kömək etməsi və rus ordusunun 2023-cü ildə bir dənə də böyük şəhəri ala bilməməsi haqda fikirlərinə reaksiyasında deyib.
Korotçenko bildirib ki, Rusiya ordusunun 2023-cü ildə vəzifəsi müdafiə mövqeləri qurmaq və strateji döyüşlər aparmaq idi, çünki Ukraynanın NATO silahları ilə imkanları genişləndirilmişdi.
Korotçenko Zelenskinin Rusiya ordusunun bir dənə də olsun böyük şəhəri tutmadığı iddiasına isə bu cür cavab verib:
“Çünki belə bir vəzifə sadəcə olaraq strateji müdafiə əməliyyatı çərçivəsində qarşıya qoyulmamışdı”.
- Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
- “3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər