Xəbər verdiyimiz kimi, yanvarın 4-də İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri nəzərdə tutulub.
BUTA.TV xəbər verir ki, səfər çərçivəsində bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi ilə yanaşı, Türkiyə ilə İranın xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq istiqamətində addımlar atması gözlənilir. Digər tərəfdən, 2012-ci ildə iki ölkə arasında 22 milyard dollara çatan ticarət həcmi sanksiyalar və pandemiya səbəbindən azalaraq təxminən 6 milyard dollara düşüb. Bu rəqəmin 30 milyard dollara yüksəldilməsi hədəflənir.
Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin podratçı şirkətləri İranda ümumi dəyəri 4,6 milyard dollar olan 56 layihəni öhdəsinə götürüb.
Yanvarın sonunda Tehranda keçiriləcək Birgə İqtisadi Komissiyanın iclasında iki ölkə arasında ticarətin inkişafı istiqamətində səylərin artırılması gözlənilir.
Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Türkiyə ilə İran arasında daha üç sərhəd-keçid məntəqəsi (Gürbulak, Kapıköy və Esendere) qurmaqla onların sayını artırmaqdır. İran tərəfinin razılığı ilə daha iki məntəqənin açılması nəzərdə tutulur.
Səfər zamanı iki ölkə arasında ümumilikdə on anlaşma müqaviləsinin imzalanacağı təxmin edilir.
İran Prezidenti ilə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibində İranın xarici işlər, yol və şəhərsalma, ticarət, neft, enerji, daxili işlər və müdafiə sahələri üzrə rəsmi şəxslərinin olması gözlənilir.
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT