Bizim kifayət qədər faktlarımız var ki, İran başqa ölkələrdə bir sıra terror aktlarına imza atmış ölkədir. İndi isə öz ölkəsində terror baş verib. Və bununla İran anlamalıdır ki, terror ən murdar yoldur.
Bu sözləri BUTA.TV-a Milli Məclisin deputatı Fazil Mustafa İranın Kirman şəhərində çoxsaylı insan ölümü ilə nəticələnən terror aktı barədə danışarkən deyib.
Millət vəkili bildirib ki, bu murdar yolu seçdiyinə görə artıq bir neçə dəfədir ki, İranda da terror aktı baş verir:
“Buna baxmayaraq yenə də harada keçirilməsindən asılı olmayaraq, terror aktlarını pisləyirik, lənətləyirik. Çünki çox üzücüdür, nəticədə günahsız insanlar həyatını itirir”.
F.Mustafanın sözlərinə görə, bu terror aktı İrana bir mesajdır:
“Başqa ölkələrdə terroru dəstəkləyənlər hər zaman öz ölkələrində də belə bir hadislərin baş verə biləcəyi ehtimalını diqqətdən qaçırmamalıdırlar. Ona görə də bütövlükdə danyada terror hadisələrinin qarşısını almaq üçün ciddi addımların atılması vacibdir. Terror hadisəsi bir vəhşilikdir və hər yerdə böyük facilərə səbəb olur. Düşünürəm ki, terrora qarşı mübarizədə hər kəs səfərbər olmalıdr”.
Qeyd edək ki, 3 yanvar 2024-cü ildə Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimi zamanı iki ardıcıl partlayış baş verib. Məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
Fazil Mustafa isə ötən il İrana bağlı şəxslər tərəfindən teror hücumuna məruz qalmışdı.
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video
- Zəngəzur dəhlizi bir neçə məqsədə nail olacağıq - Əmirbəyov