Cəlilabad rayonunda bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, onlardan 182 nəfəri 18 yaşdan kiçik, 70 nəfəri isə 18 yaşdan böyüklərdir.
Hazırda 55 aktiv xəstə müalicə olunur. Xəstələrdən 51 nəfəri ambulator şəraitdə, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.
Ötən gün rayon üzrə 4 yoluxma hadisəsi qeydə alınıb.
Qeyd edək ki, bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva qızılca xəstəliyindən dünyasını dəyişib.
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video