İranda terakt nəticəsində ölənlərin sayı yenə azaldı...

22:02 - 4 Yanvar 2024 - GÜNDƏM

 İranda terakt nəticəsində ölənlərin sayı yenə azaldı...

ranın Kirman şəhərində ötən gün baş verən terakt nəticəsində ölən və yaralananların sayında növbəti dəfə azalma baş verib.

BUTA.TV xəbər verir ki, İran rəsmi olaraq terakt zamanı 84 nəfərin öldüyünü, 284 nəfərin yaralandığını elan edib. Buna baxmayaraq, hər ehtimala qarşı “ağır yaralılar olduğu üçün” ölü sayının arta biləcəyini də istisna etməyib.

Qeyd edək ki, 3 yanvarda general Qasım Süleymaninin 4-cü ildönümü mərasimi zamanı Kirmanda baş verən ardıcıl iki partlayışda əvvəlcə 103 ölü olduğu bildirilsə də, sonradan həlak olanların sayının 95, yaralıların isə 211 olduğu elan edildi. Ölənlərin sayının çox çıxmasına səbəb kimi isə ölənlərdən bəzilərinin iki dəfə sayılması ilə əlaqələndirdilər.

Bu gün isə ölənlərin sayı 84-ə düşsə də, yaralıların sayı 284-ə qalxıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol