Bu ilin ilk ayından etibarən Qazaxıstanda Rusiya telekanallarının, o cümlədən “Kanal-1”in yayımının dayandırılması iqtisadi səbəblərlə bağlıdır. Yerli operatorun borcu səbəbi ilə 2024-cü il müqaviləsi bağlanmayıb.
BUTA.TV xəbər verir ki, “First Channel” Ümumdünya Şəbəkəsinin Qazaxıstandakı rəsmi nümayəndəsi İrina Kalaşnikova bu barədə məlumat verib.
“2024-cü ildə ortaq məxrəcə gələ bilmədiyimiz üçün saziş imzalanmadı. Əsas səbəb operatorun müəllif hüququ sahibinə olan borcudur. Bununla əlaqədar olaraq biz bir neçə TV kanalın yayımını bağlamaq məcburiyyətində qaldıq”, - Kalaşnikova bildirib.
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video