ABŞ ilk dəfə olaraq edam cəzasını azot qazından istifadə etməklə həyata keçirməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, azot qazı ilə edam ediləcək ilk məhbus 58 yaşlı Kennet Smit olacaq:
"O, 1988-ci ildə sifarişli adam öldürməkdə təqsirli bilinib. Edamın 2024-cü il yanvarın 25-də həyata keçirilməsi planlaşdırılır. Məhkumun üzünə qaz balonuna qoşulmuş maska taxılacaq".
Qeyd edək ki, BMT ekspertləri ABŞ hakimiyyətini azot qazından istifadə etməməyə çağırır, çünki bu edam üsulu məhbusu qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və hətta işgəncəyə məruz qoya bilər.
BMT-nin dörd xüsusi məruzəçisi bəyanatında bu növ edamın işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı beynəlxalq Konvensiyaya zidd olduğunu bildirib.
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır