Ukraynanın əməliyyatları mülki əhalinin itkisi ilə nəticələnməməlidir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
“Ukraynanın mülki itkilərdən yayınmasına gəlincə, biz həmişə münaqişələrdə iştirak edən ölkələrin hərbi vəziyyətə və beynəlxalq qanunlara riayət etmələrini və mülki itkiləri minimuma endirmək üçün mümkün olan hər şeyi etməsini istəyirik", - M.Miller vurğulayıb.
Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölmüş, 131 nəfər isə yaralanmışdı.
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video