Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 4 şəxsin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
BUTA.TV xəbər verir ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib.
Xatırladaq ki, bundan əvvəl namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin imza vərəqələri seçki qurumuna təqdim olunmuşdu.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video