Azərbaycanda bütün dinlər üçün hər cür şərait yaradılıb.
BUTA.TV “Caucasus Bureau”ya istinadən xəbər verir ki, bu sözləri Təl-Əvivdəki Dağ Yəhudiləri Sinaqoqunun baş ravvini Şmuel Simantov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etdikləri ilə bağlı bəyanatı haqqında danışarkən deyib.
Baş ravvin ölkəmizdə bütün dinlərə şərait yaradıldığını vurğulayıb və öz təcrübələrindən danışıb:
“Mən Bakıda anadan olmuşam. İki il əvvəl Azərbaycanda işim başa çatıb, indi İsraildəyəm. Azərbaycanda Oğuz rayonunda ravvin, Bakıda gürcü yəhudilərinin sinaqoqunda ravvin, 46 saylı məktəbdə ivrit sektorunun müdiri olmuşam. Mən dindar adamam və Azərbaycanda heç vaxt bu sahədə problemlə rastlaşmamışam. Xarici təsir cəhdlərinə baxmayaraq, Azərbaycanda təkcə yəhudiliyin deyil, bütün dinlərin azad şəkildə yaşaması üçün hər cür şərait yaradılıb. Azərbaycanda hər zaman bütün dini bayramlarımızı heç bir maneə olmadan tam şəkildə qeyd edir, əlimizdə Tövratla küçələrdə sərbəst gəzirdik. Azərbaycanda sinaqoqlara, kilsələrə, məscidlərə hər il vəsait ayrılır. Oğuzda 2, Qubada 5, Bakıda isə 3 sinaqoq var, hamısına vəsait ayrılıb. Bundan əlavə, dövlət onların təhlükəsizliyini təmin edir”.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi