Fransanın Ermənistandakı səfiri Azərbaycan əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib.
BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, ksenofob tvitlər və açıqlamalarla öz aləmində guya Azərbaycanı “sancdığını”düşünən fransız səfirin yanaşması sadəcə gülüş doğurur:
“Bu ştatlı Azərbaycanofob özünü belə yolla Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Görünür, fransız səfir ölkəsinin bir neçə aydır ki BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul etdirə bilməməsinin acığını və qəzəbini belə düşük tvitlər yazmaqla çıxmağa çalışır”.
Dayısı oğlu 13 yaşlı qızı zorladı, qız hamilə qaldı - Azərbaycanda RƏZİLLİK
“Səlibçi mentalitetli səfir başa düşməlidir ki, o, Ermənistanda akkreditə olunub və başqa ölkənin - Azərbaycanın suverenliyinə aid məsələlərə baş qoşmamalıdır. O, səfir kimi məhz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasının, təhqir olunmasının, Göy Məscid kimi təhrif edilməsinin yolverilməz olmasından danışmalıdır. Lakin etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya, islamofobiya, şarlatanlıq buna imkan vermir”, - Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.
- Qatarlara 1 ay əvvəlcədən bilet alanlara endirim ediləcək
- NK-dan müflis elan olunmuş banklarla bağlı qərar
- Bakıda əsas yollardan biri genişləndirilir - Video
- Temperatur normadan 5.2 dərəcə yüksək olub
- ADY tarif siyasətinə bir sıra dəyişikliklər edəcək
- İrəvanın axtardığı Asilyan Rusiyada tapıldı
- Bakı və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
- Kamal Abdulla əsərlərinin cövhəri təqdim ediləcək - Foto