Votsapla bağlı xəbərdarlıq edildi: Bu tətbiqi istifadə edənlər...

16:00 - 6 Yanvar 2024 - IKT

 Votsapla bağlı xəbərdarlıq edildi: Bu tətbiqi istifadə edənlər...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta Votsap tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edib.

"BUTA.TV xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

"Belə ki, saxta “Pink Votsap”, “Votsap+” kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən istifadə edilməsi ilə “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədi ilə yaradılır.

Təəssüflə bildirmək lazımdır ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 26 aprel 2021-ci il tarixində (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq saxta “Votsap” tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu “Kaspersky Laboratoriya”sının oktyabr 2023-cü il tarixi üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta “Votsap” tətbiqi yükləyənlərin sayına görə 45,64% ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir", - açıqlamada qeyd olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol