Bayden Trampı böyük təhlükə adlandırdı

16:46 - 6 Yanvar 2024 - GÜNDƏM

 Bayden Trampı böyük təhlükə adlandırdı

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün Pensilvaniya ştatında kampaniyaya başlayan Prezident Co Bayden ilk çıxışında keçmiş həmkarı Donald Trampı hədəfə alıb.

BUTA.TV xəbər verir ki, Bayden builki seçkilərdə rəqibi olacağı gözlənilən Trampı “Amerika demokratiyası üçün böyük təhlükə” adlandırıb.

Bayden bu il keçiriləcək prezident seçkilərinin demokratiya üçün bir sınaq olacağını vurğulayıb. “Seçkidə demokratiya olacaq, azadlığınız seçki bülletenində olacaq”, - deyən Co Bayden seçiciləri ona səs verməyə çağırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol