Şimali Koreya Cənubi Koreya əhalisini təhdid etməyə davam edərsə, ordumuz hərbi əməliyyatlara əl atacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir.
"Şimali Koreyanın artilleriya atəşini davam etdirməsi gərginliyin artmasına səbəb olur və Koreya yarımadasında sülhü təhdid edir. Əgər Şimali Koreya əhalimizi artilleriya atəşi ilə hədələməkdə davam edərsə, silahlı qüvvələrimiz də lazımi hərbi tədbirləri görəcək”, - komitənin açıqlamasında deyilir.
Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60-a yaxın artilleriya mərmisi atıb.
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər