Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami bəyan edib ki, prezident olduqdan sonra ABŞ-ı NATO-dan çıxaracaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Politiko" məlumat yayıb.
Qeyd olunur ki, Ramasvami respublikaçı tərəfdarlar arasında populyarlıq baxımından ilk dördlükdədir.
Prezidentliyə namizəd kampaniyasının sözçüsü Trişa Maklaflin alyans haqqında nə edəcəyini birbaşa şərh etməkdən imtina edib, lakin Ramasvaminin mövqeyini inkar etmədi:
"Vivek NATO müttəfiqlərinin əksəriyyətinin hərbi investisiya öhdəliklərini yerinə yetirməməsindən ciddi narahatdır və lazım gələrsə, öz dəstəyimizi nəzərdən keçirəcək.
O, həmçinin hesab edir ki, Soyuq Müharibədən sonra NATO-nun ekspansionizmi Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırıb".
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər