Bayram günləri təcili yardıma 18 min müraciət edilib

10:28 - 7 Yanvar 2024 - GÜNDƏM

 Bayram günləri təcili yardıma 18 min müraciət edilib

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

TƏBİB-dən BUTA.TV-a verilən məlumata görə, təcili tibbi yardım xidmətinə 31.12.2023-06.01.2024-cü il tarixlərində ümumi çağırışların sayı 18 351, hospital olunanların sayı isə 1 840 olub.

Çağırışların sayı ən çox 01.01.2024-cü il (çağırış sayı 2 723, hospital olunanların sayı 305 olmaqla), 02.01.2024-cü il (çağırış sayı 2 713, hospital olunanların sayı 274 olmaqla) və 31.12.2023-cü il tarixində (çağırış sayı 2 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol